MataNata.com
Title
MATANAT A
Description
«Mətanət A» şirkəti ən müasir texnologiyanın köməyi ilə, yüksək ixtisaslı işçi heyətinə arxalanmaqla qısa bir müddətdə istehsal etdiyi tikinti materiallarının keyfiyyətinə görə həm Azərbaycanın bütün bölgələrində, həm də respublikadan kənarda öz layiqli yerini tutmuşdur. Sənaye və mülki binaların üzlük-tamamlama işlərində istifadə olunan yüksək keyfiyyətli kafel-metlax yapışdırıcılarının, aralıq-doldurma qarışıqlarının və həmçinin saten və sıva alçılarının, yəni sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət-A» şirkəti 2000-ci ildən səmərəli fəaliyyət göstərir. Məhz
«Mətanət A» şirkətinin prezidenti tərəfindən 2000-ci ildə Azərbaycana ilk dəfə olaraq «Yapışdırıcılar» AZS 039-2000 (TS 11140-1993), (sement əsaslı, hidravlik bağlayıcılı, kafel, keramika və döşəmə plitələri yapışdırıcıları), «İnşaat gipsləri» AZS 046-2000 (TS-370-1996) və «Perlitli suvaq və qarışıqlar»-ın AZS 052-2001 (TS 6433-1989) texniki şərtləri gətirilməklə onların istehsalına başlanmışdır.
Yüksək keyfiyyətli yapışdırıcılar, Aralıq doldurma qarışıqları, Saten (üzlük) və Siva (astar) Alçıları, İzolyasiya qarışıqları və məhlulları, geniş təyinatlı PVA yapışqanı, Səth hazırlama, Səthə nəzarət, Səth təmizləmə maddələri və s. qarışıqların respublikada ilk istehsalçısı olmaq və onların istehsalını qoruyub saxlamaq naminə şirkətin prezidenti daim elmi-texniki araşdırmalar aparmaqla, səmərələşdirici təklif və ideyalarını istehsal etdiyi yeni məhsullar şəklində reallaşdırır.
Languages
Türkçe (Turkish)
Contact
- MatanatA
-
Additional Information
Related Domains
External Links
- Alexa: MataNata.com