InfoCenter.gov.az

Title

"Seçkilər" İnformasiya Mərkəzi

Description

Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2000-ci il tarixli 528 saylı sərəncamı ilə yaranmış Avtomatlaşdırılmış "Seçkilər" Informasiya Mərkəzinin 2 noyabr 2000-ci il tarixində rəsmi açılışı oldu. Respublikanın Prezidenti Heydər Əliyev mərkəz və orada quraşdırılmış müasir avadanlıqlar və kompüter texnikaları ilə tanış edildi. Prezident və onu müşayiət edən digər dövlət xadimləri mərkəzin otaqları və xüsusən müşahidə zalının iş rejimi ilə maraqlandılar.

Müşahidə zalında üç tablo yerləşdirilmişdi. Seçkilər günü dairə seçki komissiyaları üzrə səsvermənin gedişi haqqında məlumat birinci tabloda, respublika üzrə isə ikinci tabloda öz əksini tapmışdı. Səsvermə prosesinin dinamikası, seçicilərin aktivliyini əks etdirən qrafiklər üçüncü tabloda nümayiş etdirilirdi.

Mütəxəssislər, xarici ölkələrdən gəlmiş müşahidəçilər, xarici dövlətlərin Bakıdakı səfirləri, xarici jurnalistlər üçün şərait barədə danışıldı. Dairə Seçki Komissiyalarından kompüter vasitəsilə daxil olan məlumatların toplanması və onun avtomatik olaraq tablolara ötürülməsi ilə bağlı mərkəzdə quraşdırılmış xüsusi server və rabitə otağı böyük maraqla qarşılandı. Dairə Seçki Komissiyalarında Informasiya Məntəqələrinin yaradılması və onların müasir kompüter texnikaları ilə təchiz edilməsi haqqında mə'lumatlar verildi.

read more

Additional Information

Related Domains



Retrieved from "http://aboutus.com/index.php?title=InfoCenter.gov.az&oldid=34170950"